Region Özəl

İranda 2 min məhbus üçün əfv qərarı çıxarıldı

İranda 2 min məhbus üçün əfv qərarı çıxarıldı

İran lideri Ayətullah Əli Xameneyi 2 min 127 məhbus üçün amnistiya və ya cəzanın azaldılmasını ehtiva edən təklifi təsdiqləyib.

Demokrat.az xəbər verir ki, bu barədə İran Ədliyyəsinə bağlı “Mizan” Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, 2127 məhbusun cəzası ilə bağlı qərarlar qəbul edilib.

Qərarın Ramazan bayramı ilə əlaqədar İnqilab və Ümumi Məhkəmələr tərəfindən cəzalandırılan məhbusları əhatə etdiyi bildirilib.

İran Konstitusiyasına görə, Xamneyinin məhbusları əfv etmək səlahiyyəti var.

İran Ədliyyəsinin tələbi ilə Xameneyi hər il, bayram və digər dini günlərdə məhbuslara amnistiya elan edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova