Cop29 Özəl

85 ölkə rəhbəri, minlərlə aparıcı ekspert... — COP29 Azərbaycanın beynəlxalq uğurudur

85 ölkə rəhbəri, minlərlə aparıcı ekspert... — COP29 Azərbaycanın beynəlxalq uğurudur

“COP29 üçün Azərbaycana gələn qonaqların hər biri öz ölkəsinin tanınmış şəxsləridir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.

O qeyd edib ki, COP29 bəşəriyyət üçün ən önəmli beynəlxalq tədbirlərdən biridir:

“Tədbir çərçivəsində Azərbaycana 100 ölkədən nümayəndə gələcək. 85 ölkə rəhbəri, minlərlə aparıcı ekspert, böyük şirkət sahibləri, alimlərdən ibarət böyük toplantıkeçiriləcək. Bundan əvvəl də böyük tədbirlər keçirmişik. Amma COP29 təşkilati cəhətdən ən çətin tədbirlərdən biridir. Bu imtahanı da uğurla keçəcəyik.

Azərbaycan bu gün dünyada tanınıb seçilir. Bütün dünyada söz verib əməl edən ölkəyə çevrilib. Bütün tədbirləri yüksək səviyyədə keçirmişik. Bütün qonaqlar da daim müsbət rəylə gediblər ölkədən. Bunlar Azərbaycanın imicinə təsir edən müsbət faktlardır. Necə deyərlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır".

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova