Dünya Özəl

Ekvador polisi Meksika səfirliyinə basqın etdi

Ekvador polisi Meksika səfirliyinə basqın etdi

Ekvador polisi 2022-ci ilin dekabrından Meksikanın Quitodakı səfirliyində qalan Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün səfirliyə basqın edib.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, polis Quitodakı Meksika səfirliyinə girərək, prezident Xorxe Qlası saxlayıb.

Səfirliyin siyasi məsələlər üzrə məsul işçisi Roberto Kanseko jurnalistlərə bildirib ki, Ekvador polisi zorla səfirliyə daxil olub və əməkdaşlarına hücum edib.

Basqına reaksiya verən Kanseko, basqının qəbuledilməz olduğunu bildirib.

Həmçinin bunun, barbarlıq olduğunu və Qlasın həyatından narahatlıq keçirdiyini ifadə edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova