Dünya Özəl

Tacikistanlıların Türkiyəyə girişi qadağan edildi

Tacikistanlıların Türkiyəyə girişi qadağan edildi

Tacikistan vətəndaşlarının Türkiyəyə vizasız girişi qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Bildirilib ki, sözügedən qərarla bağlı ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Fərman imzalayıb.

Fərmana əsasən, Türkiyəyə səfər edən Tacikistan vətəndaşlarının vizadan azad edilməsi ləğv edilib.

Sözügedən qərar 6458 saylı Əcnəbilər və Beynəlxalq Mühafizə Qanununun 18-ci maddəsinə uyğun olaraq qəbul edilib.

Qeyd edək ki, qərarın hansı səbəbdən qəbul edildiyi açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova