DEM Partiyasından Van vilayətinin bələdiyyə sədrliyinə namizəd olmuş və səslərin 55 faizindən çoxunu alaraq seçilmiş Abdullah Zeydan vəzifəsini icra edə biləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Şurasının (YSK) iclasında qərar qəbul olunub.
Belə ki, partiyanın etirazını qəbul edən YSK İdarə Heyətinin 7 üzvü qərarın lehinə, 4 üzvü isə əleyhinə səs verib. Beləliklə qurum bələdiyyə sədrliyi mandatının Abdullah Zeydana verilməsi barədə qərar qəbul edib.


