Xarici siyasət Özəl

Beş aprel görüşü Cənubi Qafqazda sabitliyi poza bilər — AÇIQLAMA

Beş aprel görüşü Cənubi Qafqazda sabitliyi poza bilər — AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Zvezda” telekanalının efirində deyib ki, Qərb kuratorlarının Ermənistandan istədiyi məhz budur - suverenliyinin itirilməsi, başqa heç nə. Onlar indiki mərhələdə, belə demək mümkünsə, iqtisadi imkanlarını inkişaf etdirən bir çox dövlətlərlə belə təcrübələr aparıblar. Vədləri çoxdur. Məsələn, Avropa İttifaqı, Vaşinqton Serbiyaya investisiya, iqtisadi dəstək və s. vədlər veriblər. Ancaq vədlərin heç biri reallaşmayıb.

Məsələ ilə bağlı siyasi şərhçi Asif Nərimanlı Demokrat.az-a açıqlamasında deyib ki, Zaxarovanın açıqlamaları əslində 5 apreldə Brüsseldə keçiriləcək Aİ, Ermənistan və ABŞ formatındakı görüş ilə bağlıdır.

“İndiyə qədər Ermənistan hakimiyyəti anti-Rusiya siyasətini davam etdirib, lakin son dövrlərdə Rusiyaya fərqli müstəvidə addımlar atmağa başlayıb. Rusiya da artıq anlayır ki, bu görüşdə Ermənistanın təhlükəsizliyi məsələsi Qərb tərəfindən kolektiv şəkildə həyata keçiriləcək. Bu görüşdən sonra Rusiya hərbçilərinin çıxarılması məsələsi də həll olunacaq, yerinə qərb qüvvələri gələcək. Rusiyanın narahat olduğu məsələ odur ki, Ermənistana silah məsələsində Fransa kömək edirdisə, 5 aprel görüşündən sonra, bu, qərb tərəfindən daha kollektiv şəkildə həyata keçirilə bilər”.

“Bununla bağlı son vaxtlar Sergey Lavrov geniş açıqlamalar verib. Bu mesajlar təkcə Ermənistan hakimiyyətinə yönəlməyib. Bu, daha çox Ermənistanın ictimai rəyini hakimiyyətə qarşı qaldırmaq üçün edilən bir açıqlamadır. Bütün bunlar Ermənistan-Rusiya qarşıdurmasının başlanğıcı hesab edilə bilər. Bundan sonra Rusiya daha sərt və praktiki addımlar atmağa başlayacaq. Bu addımlar həm siyasi həm də hərbi müstəvidə ola bilər. Buradan da tək Ermənistan deyil, Qərb-Rusiya qarşıdurması başlayacaq. Beləliklə də, bütün Cənubi Qafqazın sabitliyi pozula bilər”, - deyə siyasi şərhçi əlavə edib.

Törə Zeynallı Demokrat.az

D
demokrat.az