Yardımlı rayonunda 1990-cı il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Pərvizə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Yardımlı rayonunun Şəfəqli kəndi ərazisində baş verib. Pərvin yaşadığı evin həyətində qardaşı Pərviz ilə s hamamına çəkilmiş elektrik xəttini ayırması səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruq və təpiklə ona zərbələr vurub.
Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Pərviz onun qardaşıdır, onlar ailələri ilə birlikdə Yardımlı rayonu Şəfəqli kəndində atasına məxsus evdə yaşayırlar: “Hadisə günü, saat təxminən 17 radələrində işıq sayğacından birgə istifadə etdikləri hamama gedən elektrik enerjisinin verilişini dayandırdığım üçün qardaşım Pərviz gələrək elektrik xəttini ayırmısanın səbəbini soruşdum. Pərvizə “enerjinin sərfiyyatının haqqını mən verirəm, hamamdan isə sən istifadə edirsən, hamama gedən elektrik mənim sayğacımdan gedir” dedim. Bundan sonra Pərviz elektrik sayğacını söndürdü. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbləşib Pərvizə bir neçə yumruq və təpik vurdum”.
İş üzrə zərərçəkmiş Pərvizin sözlərinə görə, qardaşı ilə əvvəllər münasibətləri yaxşı olsada, sonradan münasibətləri pozulmağa başlayıb: “Hadisə günü, saat təxminən 17 radələrində yaşadığım kəndin mərkəzində olub və evə qayıtdıqda qardaşım Pərvinin hamama gedən elektrik xəttinin verlişini kəsərək yerə atdığını və arvadımı nalayiq sözlərlə təhqir edildiyini gördüm. Pərvindən niyə hamama çəkilmiş elektrik xəttini kəsdiyini soruşdum. Pərvin mənə “əcəb eləmişəm kəsmişəm” dedi. Buna görə aramızda mübahisə yarandı. Mübahisə zamanı Pərvin məni yumruq və təpiklə başıma, sifətimə və sağ aşağı ətraf nahiyyələrimə zərbələr vuraraq xəsarətlər yetirdi”.
Bu cinayət işinə Yardımlı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


