Hadisə

Qazaxda torpaq uçqunu – 1 ölü, 1 yaralı

Qazaxda torpaq uçqunu – 1 ölü, 1 yaralı

Qazax rayonunda torpaq uçqunu baş verib.

Demokrat.az Report-a istinadən xəbər verir ki, hadisə Qarapapaq kəndində qeydə alınıb.

Belə ki, kanalizasiya sisteminin yenilənməsi işləri aparılarkən torpaq uçqunu olub. Nəticədə bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb. Yaralı - 1970-ci il təvəllüdlü Məmmədov Niftalı Həsən oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az