Sosial Özəl

İki əsrlik binanın sakinləri təşviş içindədirlər — Qurumlar SUSUR

İki əsrlik binanın sakinləri təşviş içindədirlər — Qurumlar SUSUR

İki əsrə yaxın yaşı olan bina yararsız vəziyyətdədir.

Söhbət Sabunçu rayonu Zabrat-1 qəsəbəsi Nəsibə Zeynalova küçəsi 22 ünvanında yerləşən uçuq-sökük tikilidən gedir. Demokrat.az xəbər verir ki, “İTV Xəbər” bina haqqında süjet hazırlayıb. Yaşayış binası təhlükəli vəziyyətdə olduğu üçün sakinlər səksəkə içində yaşayırlar. Zorla ayaqda duran binada 16 ailə məskunlaşıb. Sakinlər binanın hər an uçulmağa hazır vəziyyətdə olduğunu qeyd edirlər.

Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da problem həllini tapmayıb. Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən bina 2012-ci ildən Bakı Şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındadır. Bakı Şəhər İcra Hakimiyyəti isə məsələnin araşdırıldığını qeyd edib.

Ətraflı süjetdə:

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova