Şou-biznes

Manaf Ağayev: “Avtomobilim dərəyə aşdı, dəhşətli vəziyyətdə idi”

Manaf Ağayev: “Avtomobilim dərəyə aşdı, dəhşətli vəziyyətdə idi”

“Mən 100 kilometr/saatdan yuxarı maşın sürmürəm”.

Bunu Manaf Ağayev “Xəzər axşamı”verilişində yüksək sürətlə avtomobil idarə etməməsinin səbəbindən danışarkən deyib.

Müğənniillər öncə düşdüyü o dəhşətli qəzanı belə xatırlayıb:

“Mən maşın sürə bilmirəm, ümumiyyətlə. Sevmirəm. Qorxmuşam, onun üçünyüksək sürətlə maşın idarə etmək mənlik deyil. Mənim avtmobilim bir dəfə aşıb. Maşın dəhşətli vəziyyətdə idi, yarasız hala düşmüşdü.Mən onun içindən sağ çıxdım.

Bu hadisə 1986-cı ildə olub. VAZ-2106 markalı avtomobil idi, yoldan çıxdı getdi düşdü dərəyə. Maşın arxası üstdə qaldı. Birdənə burnumun kənarında şüşənin cızığı var idi. Durdum ayağa, maşına baxırsan, elə bil konservqutusu idi”.

NE
Nihadə Eyyubova