Türkiyədə bir fabrikdə sənaye silindrinin partlaması ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Naməlum səbəbdən baş verən partlayışla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


