Sosial Özəl

Tozlu hava şəraitində maska taxın — Həkimdən AÇIQLAMA

Tozlu hava şəraitində maska taxın — Həkimdən AÇIQLAMA

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun məlumatına görə, havada tozun miqdarı normadan 1,6 dəfə artıqdır: "Tozlu hava şəraitinə səbəb axşam saatlarında şimal-qərb istiqamətli küləklərin cənub-şərq istiqamətli küləklərlə əvəz olunmasıdır. Bununla əlaqədar ölkə ərazisinə Xəzər dənizi üzərindən toz dumanı daxil olub", məlumatda bildirilir.

Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, havada tozun miqdarının normadan artıq olması insan sağlamlığı üçün zərərlidir:

“Xüsusən bronxit, astma və digər nəfəs darlığı, boğulma müşahidə olunan xəstəliklər, eləcə də allergik xəstəliyi olanlara tozlu hava ziyandır. O cümlədən meteohəssas insanlar da tozlu havanın mənfi təsirlərinə məruz qala bilərlər. Belə havalarda onlarda təzyiq problemləri yarana bilər. Ürək xəstəliyi olanlara da tozlu hava zərərlidir.

Tozlu havanın təsirlərindən qorunmaq üçün maskadan istifadə etmək lazımdır. Nəzərə alsaq ki, bu gün bir çox infeksion xəstəliklər, viruslar yayılıb maskadan istifadə etmək zərurətə çevrilib”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova