Hadisə

Əli Kərimlinin mühafizəçisi həbs edildi — 30 sutka

Əli Kərimlinin mühafizəçisi həbs edildi — 30 sutka

AXCP fəalı Ruslan Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

AXCP-dən verilən məlumata görə, Ruslan Əmirli inzibati xətalar məcəlləsinin xırda xuliqanlıqla, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda günahlandırılıb.

Sentyabrın 11-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə R.Əmirliyə 30 sutka inzibati həbs cəzası verilib.

Qeyd edək ki, Ruslan Əmirli AXCP sədri Əli Kərimlinin mühafizəçisidir.(Azpost)

D
demokrat.az