Yaponiyadakı ABŞ qüvvələri 2023-cü ilin noyabrında qəzaya uğrayan "CV-22 Osprey" tipli hərbi nəqliyyat təyyarəsini Okinavada yenidən havalandırıb.
Demokrat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda, sözügedən təyyarənin yenidən fəaliyyətə başladığı açıqlanıb.
Həmçinin, ABŞ-nin “CV-22 Osprey” tipli hərbi-nəqliyyat təyyarələrini texniki təlimdən sonra “mərhələ ilə” ölkə daxilində istifadə edəcəyi bildirilib.
Mərkəzi hökumət rəsmiləri, “Osprey” tipli hərbi təyyarələrin müxtəlif ştatlarda təkrar istifadə ediləcəyi ilə bağlı məlumatların yerli idarələrə göndərildiyini vurğulayıblar.
Aysu Demokrat.az


