Region Özəl

Türkiyəyə qanunsuz yolla keçməyə çalışan şəxslər saxlanıldı

Türkiyəyə qanunsuz yolla keçməyə çalışan şəxslər saxlanıldı

Türkiyədən Yunanıstana, İran və Suriyadan isə Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan 3 şəxs saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Bildirilib ki, türk ordusu sərhədlərin təhlükəsizliyi ilə bağlı əməliyyat keçirib:

"Son əməliyyatlar zamanı, ölkəmizdən Yunanıstana, İran və Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə çalışan 3 nəfər saxlanılıb.

İstintaqda həmin şəxslərdən 1-nin “PKK”, 1-nin “İŞİD” digərinin isə “FETÖ” terror təşkilatına üzv olduğu öyrənilib. Saxlanılan şəxslərlə bağlı araşdırmalar davam etdirilir”.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova