Sosial

BalaBaba Rzayev ləğv edilmiş bitki "alış-veriş"ini yenidən aktivləşdirdi — 483 min manata…

BalaBaba Rzayev ləğv edilmiş bitki alış-verişini yenidən aktivləşdirdi — 483 min manata…

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Müxtəlif bitki və bitkilərə qulluq ləvazimatlarının satınalınması ilə bağlı elan etdiyi tenderin qakibi bəlli olub.

Demokrat.az32gun.az-a istinadən xəbər verir ki, tenderin qalibi FLORA GARDEN" MMC olub.

Tərəflər arasında 483.217,67 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, Nizamnamə kapitalı 10 manat olan “Flora Garden” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, məh.2942A, ev 79, m. 17-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Emin Salam oğludur.

Qeyd edək ki, ASC-nin eyni satınalma predimentinə malik olan ( Müxtəlif bitki və bitkilərə qulluq ləvazimatlarının satınalınması) tenderi ötən ay ləğv edilmişdi. Buna səbəb Tender təklifləri tenderin əsas şərtlər toplusuna uyğun olmaması idi. Bu da DSQ 11.2. 2-ci halla tənzimlənir.

Xatırladaq ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti BalaBaba Rzayevdir.

D
demokrat.az