Stress beynin “zaman” qavrayışında müəyyən dəyişikliklərə səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı Ankara Universitetinin alimləri araşdırma aparıb.
Araşdırma zamanı, stressin beynin zaman qavrayışını pozduğu öyrənilib.
Həmçinin, bu tip pozuntulara depressiya xəstələrində daha çox rast gəlindiyi bildirilib.
Bu pozuntular olan şəxslər zamanı qavramaqda çətinlik çəkir və ya günün hansı hissəsində olduqlarını anlaya bilmirlər.
Qeyd edək ki, sözügedən araşdırmanın nəticələri beynəlxalq məqalə formatında açıqlanacaq.
Araşdırmanın depressiya, şizofreniya və Parkinson kimi xəstəliklərin sirlərini anlamaqda, diaqnoz və müalicələrini izləməkdə yeni üfüqlər açacağı gözlənilir.
Aysu Demokrat.az


