Türkiyənin xarici işlər naziri Hakan Fidan Hollandiyanın xarici işlər naziri Hanke Bruins Slot ilə telefon danışığı aparıb.
Demokrat.az xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib.
Məlumata görə, danışıq zamanı Türkiyə ilə Hollandiya arasında ikitərəfli əlaqələr, o cümlədən Qəzza problemi və digər beynəlxalq məsələlər müzakirə edilib.
Hakan Fidan Qəzzada didərgin düşmüş mülki əhalinin aclıq və epidemiya fəlakətindən əziyyət çəkdiyini söyləyib.
Nazir həmçinin beynəlxalq ictimaiyyətin Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardımların dərhal çatdırılması üçün hərəkətə keçməli olduğunu vurğulayıb.
Aysu Demokrat.az


