Hadisə Özəl

Zəncirvari yol qəzası: 14 nəfər yaralandı

Zəncirvari yol qəzası: 14 nəfər yaralandı

Türkiyədə avtobus, mikroavtobus və minik avtomobilinin bir-biri ilə toqquşması nəticəsində baş verən zəncirvari yol qəzasında 14 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin Ərzurum vilayətində baş verib.

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları göndərilib.

Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

D
demokrat.az