Hadisə Özəl

Avtobus yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

Avtobus yük maşını ilə toqquşdu: Ölən və yaralananlar var

Türkiyədə yük maşını ilə bələdiyyə avtobusunun toqquşması nəticəsində 1 sərnişin ölüb, 4 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İzmir vilayətində baş verib.

Qəza nəticəsində avtobusda olan sərnişinlərdən biri hadisə yerində dünyasını dəyişib.

Yük maşınının sürücüsü və avtobusda olan 3 sərnişin isə xəsarət alaraq xəstəxanaya aparılıb.

Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Hadisənin təfərrüatları araşdırılmağa davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova