Sosial Özəl

"Təkcə qohum evlilikləri deyil, eyni bölgədən, kənddən evliliklərin artması..." — AÇIQLAMA

Təkcə qohum evlilikləri deyil, eyni bölgədən, kənddən evliliklərin artması... — AÇIQLAMA

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Araz Poladov qeyd edib ki, qanun qadağan etsə də, yaxın qohumlar arasında evliliklər hələ də baş verir.Qohum nikahları ilə bağlı ictimai müzakirədə çıxış edən A.Poladov təzadlı məqamlara diqqət çəkib: “Birinci məsələ fərdlərin azad seçimi, ikinci məsələ isə dövlətin sağlam cəmiyyət qurmaq siyasətidir. Qohum nikahlarının əsas fəsadı doğulan uşaqların irsi, genetik xəstəliklərdən əziyyət çəkməsidir. Bu məsələdə qanunun tələblərini hamımız qəbul edirik. Amma sual ortaya çıxır ki, ailələrə müdaxilə insan haqları baxımından doğru sayılırmı? İstənilən halda bununla əlaqədar cəmiyyətin fikri mütləq nəzərə alınmalıdır".

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında məsələyə münasibət bildirib. Deputat deyib ki, evlilik qərarında insanlar sərbəstdirlər, ancaq bir xalqın genefondu təhdidlə üzləşirsə, dövlət institutları bunun qarşısını almaq üçün müəyyən qərarlar qəbul etmək məcburiyyətindədir:

Təkcə qohum evlilikləri deyil, eyni bölgədən, kənddən evliliklərin artması... — AÇIQLAMA

“Fakt ondan ibarətdir ki, Azərbaycan xalqının “gen hovuzu” getdikcə daralır. Belə olan halda yeni nəslin sağlamlıq problemi yaranır. Xüsusilə də indiki dövrdə bəlli olur ki, xalq olaraq sağlamlığımızı təhdid edən problemlərin böyük bir qismi elə “gen hovuzu”muzun dar olması ilə bağlıdır. Bu məsələdə qohum evlilikləri böyük rol oynayır, hətta deyərdim ki, təkcə qohum evlilikləri deyil, eyni bölgədən, kənddən evliliklərin artması da buna təsir edir və müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır. Nəinki qohum evliliklərinin məhdudlaşdırılması məsələsi, hətta bu gün “gen hovuzu”muzun daha da genişləndirilməsi ilə bağlı digər məsələlər də müzakirə olunmalıdır. Bu, sağlam nəslin yetişməsi üçün çox vacibdir və dövlətimizin, xalqımızın gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir. Düşünürəm ki, məsələyə bu kontekstdən baxsaq, daha düzgün nəticələr əldə etmiş olarıq”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova