Hadisə

Gəncədə qəza: Xəsarət alan var

Gəncədə qəza: Xəsarət alan var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb. Hərəkətdə olan "KİA SERANTO" ilə "TOYOTA " markalı minik avtomobilləri toqquşub. Qəzadan sonra minik maşınlarından biri yoldan çıxaraq aşıb. Nəticədə 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az