Sosial

Qar yağacaq, yollar buz bağlayacaq — XƏBƏRDARLIQ

Qar yağacaq, yollar buz bağlayacaq — XƏBƏRDARLIQ

Azərbaycanda hava şəraiti yenidən pisləşəcək, temperatur aşağı düşəcək.

Bakıda yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacaq.

Bu barədə Demokrat.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq.

Martın 11-də dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimalı var.

D
demokrat.az