Hadisə

Kürdə batan 67 yaşlı kişinin axtarışları davam edir

Kürdə batan 67 yaşlı kişinin axtarışları davam edir

Kürdə batan 67 yaşlı kişinin axtarışları dörd gündür davam edir.

Bu barədəFövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, Kür çayının Salyan rayonu, Babacanlı qəsəbəsi ərazisindən keçən hissəsində dördmart 2024-cü il tarixində batdığı ehtimal edilən 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğluSüleymanovun axtarışları Fövqəladə Hallar Nazirliyi (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən davam etdirilir.

Gün ərzində FHN-in dalğıc-xilasediciləri tərəfindən vətəndaşın batdığı ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilib.

NE
Nihadə Eyyubova