Hadisə Özəl

Qar uçqunu: Evlərə xeyli ziyan dəydi

Qar uçqunu: Evlərə xeyli ziyan dəydi

Türkiyədə baş verən qar uçqunu nəticəsində iki evə ziyan dəyib.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, bədbəxt hadisə ölkənin Rizə vilayətində baş verib.

Uçqun nəticəsində ərazidəki iki boş ev qar altında qalaraq yararsız hala düşüb.

Eyni zamanda dağıntı və tikinti materialları ətrafa səpələnib.

Səlahiyyətlilər ehtimal olunan fəlakətlə bağlı bölgə əhalisinə xəbərdarlıq edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova