İsveç martın 11-də NATO-nun 32-ci üzvü kimi Alyansa rəsmi olaraq qoşulacaq.
Demokrat.az xəbər verir ki, bu barədə İsveç mətbuatı məlumat yayıb.
Məlumata görə, martın 11-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında İsveçin üzvlüklə bağlı rəsmi mərasimi keçiriləcək.
NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq.
Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.
Xatırladaq ki, İsveç 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.
Aysu Demokrat.az


