Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu növbəti güzəştli kredit verib. Demokrat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz “X” hesabında paylaşım edib. Bildirilib ki, turizm sektorunda güzəştli kreditdən yararlanan biznes nümayəndələrindən biri də sahibkar Azər Lütvəliyevdir. “200 min manat güzəştli kredit götürən sahibkar Qəbələdə turizmin inkişafı layihəsini həyata keçirir”, - deyə nazir qeyd edib.//BAKU.WS
Sahibkarlığın İnkişafı Fondu Qəbələdə turizmin inkişafı üçün güzəştli kredit ayırıb
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


