Ötən gün Qaradağ rayonunun Qobu qəsəbəsində sahibsiz it azyaşlıya hücum edib. Nəticədə 2014-cü il təvəllüdlü azyaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Dünən onun vəziyyətinin ağır olduğu bildirilirdi.
News24.az azyaşlının bugünkü vəziyyətini öyrənmək üçün Kliniki Tibbi Mərkəzlə əlaqə saxlayıb. KTM-in mətbuat katibi Ruzbeh Məmməd bildirdi ki, azyaşlının səhhətində irəliləyiş yoxdur:
“İt parçalayan 9 yaşlı uşağın vəziyyətində dəyişiklik yoxdur. Vəziyyəti ağır-stabil olaraq qalır. Hazırda reanimasiyadadır".


