Sosial

Sosial yardımların məbləği ARTDI

Sosial yardımların məbləği ARTDI

2024-cü ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının (ÜDSY) məbləği 18,6% artıb.

Bu barədə Demokrat.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, ötən ilin fevral ayında orta hesabla bir ailəyə ödənilən ÜDSY-nin məbləği 410,0 manat idisə, cari ilin müvafiq dövründə bu məbləğ artaraq 486,3 manat təşkil edib.

D
demokrat.az