Hadisə Özəl

3 mərtəbəli tarixi bina yanaraq külə döndü

3 mərtəbəli tarixi bina yanaraq külə döndü

Türkiyənin İstanbul şəhərində 3 mərtəbəli tarixi taxta bina yanıb.

Demokrat.az xəbər verir ki, bu barədə “DHA” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə təcili olaraq yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Naməlum səbəbdən baş verən yanğın briqadaların 1 saatlıq işindən sonra söndürülüb.

Qruplar yanğının səbəbi ilə bağlı araşdırmaları davam etdirir.

Qeyd edək ki, yanğın zamanı ölən və xəsarət alan olmasa da, binaya ciddi ziyan dəyib.

Aysu Demokrat.az

D
demokrat.az