Dünya Özəl

Çində “iPhone” satışları azaldı

Çində “iPhone” satışları azaldı

“Apple” şirkətinin Çində “iPhone” satışları 2024-cü ilin ilk 6 həftəsində 24 faiz azalıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, azalma nəticəsində şirkət Çinin ən çox satılan smartfonu adını itirib.

“Apple” şirkətini bu sıralamada Çinin smartfon markası "Vivo" əvəz edib.

Qeyd edək ki, “Huawei”nin bazar payı isə bu dövrdə 9,4 faizdən 16,5 faizə yüksəlib.

Əvvəlki il yüzdə 19 olan “Apple”ın bazar payı yüzdə 15,7-ə düşüb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova