Hadisə

Bərdədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bərdədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.

Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır

NE
Nihadə Eyyubova