Türkiyənin Qars vilayətində 3.9 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, 3,9 bal gücündəki zəlzələ vilayətin Digör rayonunda qeydə alınıb.
Yerli vaxtla 16.51-də baş verən zəlzələnin dərinliyi 13 kilometr olub.
Qeyd edək ki, yeraltı təkanlar ətraf ərazilərdə hiss olunmayıb.
Aysu Demokrat.az


