Hadisə Özəl

Avtomobil baryerə çırpıldı: Ölənlər var

Avtomobil baryerə çırpıldı: Ölənlər var

Türkiyədə avtomobilinin baryerlərə çırpılması nəticəsində iki qardaş həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə ölkənin İzmir vilayətində baş verib.

Əraziyə dərhal təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Qruplar ilkin baxış zamanı avtomobildə olan iki nəfərin öldüyünü müəyyən edib.

Araşdırmalar zamanı ölən şəxslərin qardaş olduğu təsbit edilib.

Qeyd edək ki, qəzada həyatını itirənlərin nişan mərasimi üçün İzmirə qonaq gəldiyi öyrənilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova