Dünya Özəl

ABŞ-nin Suriyadakı bazasına raket hücumu edildi

ABŞ-nin Suriyadakı bazasına raket hücumu edildi

Suriyanın Həsəkə vilayətində ABŞ qüvvələrinin yerləşdirildiyi bazaya raket hücumu edilib.

Demokrat.az xəbər verir ki, hücum İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirilib.

Hücum zamanı ölən və ya yaralananların olub-olmadığı məlum deyil.

ABŞ rəsmiləri hələlik hücumla bağlı açıqlama verməyib.

Qeyd edək ki, ABŞ ordusunun Hasəkə və Derrizordakı bazaları ilin əvvəlindən bəri tez-tez mənşəyi məlum olmayan raket və kamikadze PUA-ları ilə hədəfə alınır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova