Hadisə

Bakı dairəvi yolunda qəza: Sıxlıq yarandı

Bakı dairəvi yolunda qəza: Sıxlıq yarandı

Yasamal rayonu, Kənar dairəvi yolun 5-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.azxəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, qəza səbəbindən Lökbatan dairəsi istiqamətində sıxlıq yaranıb.

Daxili İşlər Nazirliyinin NİİM-in əməkdaşları tərəfindən yol polisinə məlumat verilib.

Sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

D
demokrat.az