Türkiyədə sürücünün idarəetməsindən çıxan qarğıdalı yüklü yük maşını aşıb.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Sakarya vilayətində baş verib. Qəzada sürücü ağır yaralanıb
Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.
Yaralanan sürücü dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


