Dünya Özəl

Daha bir ölkə məktəblərdə telefonu qadağan etdi

Daha bir ölkə məktəblərdə telefonu qadağan etdi

İtaliyada məktəblərdə hətta təhsil məqsədləri üçün belə smartfon və planşetlərdən istifadə qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Cüzeppe Valditara açıqlama verib.

Nazir deyib ki, smartfon və planşetlərdən istifadə şagirdlərlə müəllimlər arasında gərginlik yarada bilər:

“Bu kimi hallar hətta şagirdlərin məktəb işçilərinə qarşı aqressiv hərəkətlər etməsinə səbəb olur. Ona görə də qadağanın faydalı olacağına ümid edirik”.

Qeyd edək ki, qadağa uşaq bağçası, ibtidai və orta məktəb şagirdlərini əhatə edəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova