Sosial Özəl

Qaz limiti ilə bağlı “Azəriqaz”dan vacib AÇIQLAMA

Qaz limiti ilə bağlı “Azəriqaz”dan vacib AÇIQLAMA

“2024-cü ilin yanvar ayı ərzində əhali sektorunda təbii qazla təmin olunan 2 528 804 abonent 12 qəpik tarifilə qazdan istifadə edib”.

Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, 25 093 abonent 20 qəpik tarifilə (ümumi abonentlərin 1,0 %) və 1 782 abonent isə 25 qəpik tarifilə (ümumi abonentlərin 0,1 %) təbii qazdan istifadə edib: “Eyni zamanda ötən ay ərzində Respublika ərazisində fəaliyyət göstərən 417 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb (illik 5000m3).

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova