"2024-cü ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinə ümumilikdə 1971 müraciət daxil olub".
Demokrat.az xəbər verir ki, bu sözləri Birliyin mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
Onun sözlərinə görə, 512 müraciət "Opentext" proqramı vasitəsilə, 1459 müraciət isə elektron formada daxil olub:
“Daxil olmuş müraciətlər 2023-ci ilin ilk ayı ilə müqayisədə 82 müraciət azlıq təşkil edir.
Müraciətlər əsasən, təbii qaza görə yaranmış borcun araşdırılması, kənd və qasəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub".
Aysu Demokrat.az


