“1 fevral 2024-cü il tarixinə İstehsalat Birliyi üzrə istehlakçıların sayı 2 599 043-ə çatıb”.
Demokrat.az xəbər verir ki, bu göstəriciləri xidmətin mətbuat katibi Eldəniz Vəliyev açıqlayıb.
O bildirib ki, abonentlərdən 2 555 679-u əhali sektorunun, 43 364-ü isə qeyri-əhali sektorunun payına düşür: “Təkcə cari ilin yanvar ayı ərzində respublika üzrə 6 761 yeni abonent qeydiyyata alınıb. Əhali sektorunda təbii qazla təmin olunan bütün abonentlər (yəni 2 555 679) abonent tam olarq qaz sayğacları ilə təmin olunub. Bu sayğaclardan 908 912 ədədi öncədən ödənişli (smartkart tipli) sayğaclardır”. Aysu Demokrat.az


