Türkiyədə hərəkətdə olan sərnişin mikroavtobusunda yanğın baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Hatay vilayətində baş verib.
Mikroavtobusun mühərrik hissəsindəki nasazlıq səbəbindən başlayan yanğın vasitəni külə çevirib.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib. Qısa müddətdə hadisə yerinə gələn xilasetmə qrupları alovlara müdaxilə edib. Yanğın zamanı avtomobil yararsız hala düşüb.
Qeyd edək ki, sürücünün sərnişinləri mikroavtobusdan qısa müddət ərzində boşaltması baş verə biləcək fəlakətin qarşısını alıb.
Aysu Demokrat.az


