Avropa Mərkəzi Bankı 2004-cü ildən bəri ilk dəfə inflyasiyaya qarşı faiz artımı səbəbindən zərərlə üzləşib.
Demokrat.az xəbər verir ki, bu barədə Avropa Mərkəzi Bankı (AMB) illik hesabat yayıb.
Hesabata əsasən, bank ötən il faiz artımı səbəbindən 1,3 milyard avro itirib.
Bankın yüksək faiz xərcləri səbəbiylə 2004-cü ildən bəri ilk dəfə zərər elan etməsi diqqət çəkib.
AMB maliyyə riskləri üçün 6,6 milyard avro ayırsa da, bu rəqəm gözləniləndən yüksək olub və 7,9 milyard avro təşkil edib.
AMB Şurası qalan 1,3 milyard avronun gələcək qazancdan “keçmiş zərərlər” kimi kompensasiya edilməsinə qərar verib.
Aysu Demokrat.az


