Sosial Özəl

“Azərişıq” ASC-dən daha bir YENİLİK

“Azərişıq” ASC-dən daha bir YENİLİK

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) vətəndaşların “199” çağrı mərkəzinə müraciətlərində gözləmə müddətini azaltmaq üçün yeniliklər tətbiq edəcək.

Demokrat.az-ın məlumatına görə, bu barədə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bu gün keçirilən brifinqdə məlumat verib.

2023-cü ilin yekunlarına həsr edilmiş mətbuat konfransında çıxış edən Araz Məmmədzadənin sözlərinə görə, qurum abonent məmnuniyyətini artırmaq üçün sosial şəbəkələr üzərindən sualların cavablandırılmasına başlayacaq:

“Bununla da abonentlər müxtəlif sosial şəbəkələr üzərindən ünvanladıqları sualların cavablarını qısa müddət ərzində ala biləcəklər”.

Aysu Demokrat.az

D
demokrat.az