Dünya Özəl

Rusiya-Ukrayna müharibəsində itkin düşənlərin SAYI

Rusiya-Ukrayna müharibəsində itkin düşənlərin SAYI

2022-ci ilin fevral ayından bəri davam edən Rusiya-Ukrayna müharibəsində 23 min nəfər itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) açıqlama yayıb.

Açıqlamada, Rusiya-Ukrayna müharibəsi səbəbiylə 23 min nəfərin itkin düşdüyü qeyd edilib.

Eyni zamanda, bu itkinlərin əsir götürüldüyü, öldürüldüyü və ya evlərini tərk etdiyi bildirilib.

Qeyd edək ki, itkin düşənlərlə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova