Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində baş verən sürüşmə nəticəsində azı 27 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nuristan əyalətində gecə boyu yağan güclü qar Tetrin vadisində sürüşmə və uçqunlara səbəb olub.
Təbii fəlakət nəticəsində çoxlu sayda ev uçqun və torpaq altında qalıb.
Bölgədə indiyədək 25 nəfərin cəsədi tapılıb, 8 nəfərin isə yaralandığı müəyyən edilib.
Digər tərəfdən, Pəncşir vilayətində baş verən qar uçqunu nəticəsində 2 mədən işçisi ölüb, 1 işçi isə yaralanıb.
Aysu Demokrat.az


