Gündəm

Blinken: COP çərçivəsində ABŞ Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazırdır

Blinken: COP çərçivəsində ABŞ Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazırdır

Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinkenin görüşü olub.

Görüş zamanı ABŞ Dövlət katibi Antoni Blinken COP29-un Azərbaycanda keçirilməsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbriklərini çatdırıb.

ABŞ Dövlət katibi COP çərçivəsində ABŞ-ın da Azərbaycanla əməkdaşlığa və ölkəmizi bu istiqamətdə dəstəkləməyə hazır olduğunu bildirib.

NE
Nihadə Eyyubova