Fevralın 16-da Münhendə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.
AZƏRTACxəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkisində qələbə münasibətilə təbrik etdi.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulandı, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirildi.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olundu.




