Türkiyədə sərnişinlərlə dolumikroavtobusun kanalizasiya maşınına çırpılması nəticəsində yol qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.
Bildirilib ki, ölkənin Əskişəhər vilayətində baş verən qəzada 12 nəfər xəsarət alıb.
Hadisə yerinə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın təfərrüatları araşdırılmağa davam edir.
Aysu Demokrat.az


