Sosial Özəl

“İmtahanların tez başlaması abituriyentlərə problem yaratmır” — AÇIQLAMA

“İmtahanların tez başlaması abituriyentlərə problem yaratmır” — AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi universitetlərə qəbul imtahanlarının keçiriləcəyi vaxtı açıqlayıb. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 26-da, I və IV ixtisas qrupları üzrə iyunun 2-də keçiriləcək. Ərizə qəbulunun birinci mərhələsi isə martın 1-dən 15-dək həyata keçiriləcək. II və III ixtisas qrupları üzrə qəbul imtahanların ikinci cəhdi iyulun 7-də, I və IV ixtisas qrupları üzrə iyulun 14-də keçiriləcək. Ərizə qəbulunun 2-ci mərhələsi, yəni I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənlər aprelin 15-dən mayın 6-dək imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçəcəklər. I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat isə mayın 31-dən iyunun 17-dək olan müddətdə aparılacaq.

Hər il tədris ili bitməmiş universitetlərə qəbul imtahanlarının başlaması narazılığa səbəb olur.

Təhsil eksperti Elçin Süleymanov isə qəbul imtahanlarının may ayında başlamasının şagirdlərə problem yaratdığını düşünmür. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, 11-ci sinif tədris proqramında son dərslər ümumiləşdirici xarakter daşıyır:

“İmtahanların tez başlaması abituriyentlərə problem yaratmır” — AÇIQLAMA

“DİM rəhbəri də dəfələrlə qeyd edib ki, imtahan vaxtından sonraya təsadüf edən dərslər imtahana salınmır. Ona görə də şagirdlərin narahatlığına ehtiyac yoxdur. İmtahaların daha tez başlaması fikrimcə, abituriyentlərin xeyrinədir. May ayının sonları hələ şiddətli istilərin başlamadığı dövrdür. Bakalavr pilləsinə qəbul imtahanlarında iştirak edənləin 80 faizi cari ilin məzunları olur, yəni şərtlər onlar üçün eynidir proqram bitməmiş olsa da. Bəlkə əvvəlki illərin məzunları üçün diskriminasiya sayıla bilər. Hər il DİM tərəfindən vəziyyət təhlil edilir. İndiyə qədər təqvimlə əlaqəli abituriyentlərin göstəricilərində mənfi təsir aşkar edilməyib.

İmtahanın iki cəhddən ibarət olması abituriyentlərin göstəricilərinə kiyafət qədər müsbət təsir göstərir. Çünki abituriyenlər daha sərbət olurlar və düşünürlər ki, birinci cəhddə uğursuz olsalar da ikinci şansları da var. Birinci dəfədən yüksək nəticə göstərən abituriyentin ikinci cəhddə iştirak edib-etməməsi artıq öz seçimidir. Əvvəllərsə abituriyentlər daha çox stress yaşayırdılar”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova